Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Novruz və adət-ənənələrimiz” adlı bayram tədbiri keçirilib

15.03.2022

15 mart tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyində Novruz bayramına münasibətilə “Novruz və adət ənənələrimiz” adlı tədbir keçirilib. Tədbirdə Masallı şəhər 3 və 6 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva xalqımızın qədim bayramlarından olan Novruzun mənşəyi və yaranma tarixi haqqında danışıb. O, qeyd edib ki, Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Ə. Tağıyeva Novruz bayramının xalqımızın həyata nikbin baxışını, təbiətin və insanlığın qələbəsinə inamı özündə əks etdirən, bugünədək özünəməxsusluğunu qoruyan unikal bayram olduğunu deyib.

Daha sonra Muzeyin elmi işçisi Dilgüşə Məmmədova Novruz bayramının xalq arasında yaşadılan ənənələrindən, bayram günlərində bişirilən milli şirniyyat və digər nemətlərdən, həmçinin Novruzla bağlı xalq oyunlarından danışıb. 

Sonda qonaqlar bayramla əlaqədar qurulmuş sərgiyə baxıblar.