Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğul arxalı vətən

24.04.2018

24 Aprel 2018-ci il tarixdə Masallı Rayon  Mədəniyyət  Mərkəzində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı Rəsul Rzayevin “Oğul arxalı Vətən” adlı ədəbi-bədii kompozisiyası göstərildi. Kompozisiyanı Masallı Xalq Teatrının aktyorları və Masallı Dövlət Regional Kollecinin tələbələri hazırlamışdır. Tədbirdə Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Xocavar kənd tam orta məktəbin direktoru Abusət Zeynalov, müəllif Rəsul Rzayev şəhidin xatirələrindən danışdılar. Tamaşanın sonunda şəhid Aqil Məlikovun atası Qismət Məlikov oğluna göstərilən bu diqqətə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova bütün təşkilkatçılara öz təşəkkürünü bildirdi.