Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev və azərbaycançılıq ideologiyası”

11.03.2022

Martın 11-də Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyev irsinin gənclərə aşılanması məqsədilə "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin kollektivi, GİKM-in Yardımlı üzrə nümayəndəsi Səfail İbişli və gənc könüllülər iştirak edib.

Tədbirdə çıxış edənlər - Mərkəzin əməkdaşı Elşən Abışov və GİKM-in rayon üzrə nümayəndəsi Səfail İbişli ulu öndərin çoxşaxəli fəaliyyəti, gənclərə verdiyi dəyər haqqında məlumat veriblər. Natiqlər həmçinin, Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini hər şeydən uca tutmaqla azərbaycançılığı milli ideologiyaya çevirən şəxsin məhz ulu öndər olduğunu vurğulayıblar.

Sonda mövzuya uyğun olaraq təqdimat izlənilib.