Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Novruz gəldi, yaz gəldi” - Sabirabad kənd klubunda Novruz şənliyi

14.03.2022

Martın 14-də Cəlilabad rayon Sabirabad kənd klubunda Novruz bayramına həsr olunmuş "Novruz gəldi, yaz gəldi" adlı bayram şənliyi keçirilib. Tədbirdə Sabirabad kənd klubunun əməkdaşları və kənd sakinləri iştirak edib.

Öncə torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova qeyd edib: "Novruz yazın gəlişinin simvoludur, mənası "Yeni gün" deməkdir. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını böyük coşğu ilə qeyd edir. Bu bayram əsrlərdir bizim milli adət-ənənələrimizi yaşadıb, bu günlərədək gətirib. Novruz ümumxalq bayramıdır. Bu bayram bu gün də bizi birləşdirir, həmrəy edir". K. Bağırova çıxışının sonunda Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Daha sonra Novruz şənliyi Sabirabad kənd klubunun özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı ilə davam etdirilib.