Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Turan İbrahimovla görüş keçirilib.

13.03.2022

Martın 13-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin oğlu Turan İbrahimovla görüş keçirilib. Görüşdə Mərkəzi Kitabxananın əməkdaşları və oxucular iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd Əzizə Cəfərzadənin müxtəlif illərdə çap olunmuş kitablarını Cəlilabad rayon Mərkəzi Kitabxanasına hədiyyə verməkdən ibarət idi. 

Çıxışlarda vurğulanıb ki, Əzizə xanımın ən böyük mükafatı xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o, 2001-ci ildə "Azərbaycanın anası" və Xalq yazıçısı kimi yüksək adlara layiq görülmüşdür. 

Anası haqqında oxuculara maraqlı məlumatlar verən Turan İbrahimov, göstərilən ehtiram və səmimi münasibətə görə Kitabxananın rəhbərliyinə minnətdarlıq edib. 

Sonra yazıçının "Sahibsiz ev", "Əllərini mənə ver", "Sənsən ümidim", "Xəyalım mənim" kimi povestləri müzakirə edilib.