Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Şuşa, sən azadsan!” adlı tədbir keçirilib.

12.03.2022

Martın 12-də Cəlilabad rayon Əliqasımlı kənd kitabxana filialında "Şuşa İli" çərçivəsində "Şuşa, sən azadsan!" adlı dəyirmi masa təşkil olunub. Tədbirdə adıçəkilən kəndin tam orta məktəbinin müəllimləri iştirak ediblər.

Kitabxanaçı Nəzmiyə Talıbova çıxışında bildirib: "Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan xalqının 28 illik həsrətinə son qoyuldu və ölkəmizin tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa şəhəri geri qaytarıldı. Beləliklə, Azərbaycanın bu qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Bu, Vətən müharibəsində qələbə demək idi".

Sonra tədbir iştirakçıları Şuşa şəhərində aparılan yenidənqurma və görülməkdə olan digər vacib işlərlə bağlı müzakirələr aparıblar.