Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şəhid ailələri ziyarət olunub.

12.03.2022

Martın 12-də Cəlilabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Cəlilabad rayon komitəsinin dəstəyi ilə Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən oğulları Rəfail Əhmədağa oğlu İşiyev və Elçin Mərifət oğlu Ağayevin ailələri bayram sovqatı ilə ziyarət olunub.

Qeyd edək ki, şəhid Rəfail İşiyev ömrünün 16 ilini orduda keçirib. O, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. R. İşiyev hərbi xidmət dövründəki xüsusi keyfiyyətlərinə, əməliyyatlarda göstərdiyi şücaətə görə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918 - 2018)" yubiley medalları ilə təltif edilib. Rəfail İşiyev Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azad olunması uğrunda döyüşlərdə hərbi rəşadəti ilə fərqlənib. O, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra "Vətən uğrunda" medalı və "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Elçin Mərifət oğlu Ağayev Vətən müharibəsindən sonra hərbi xidmət zamanı düşmənin Laçın istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olub. Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.