16.04.2018
16 aprel 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov 1935-ci ilin bu günündə “Bədii, elmi, müəssisə və tarixi abidələrin qorunması haqqında” Vaşinqton razılaşmasının (“Rerix paktı”) imzalandığını və 1998-ci ildə “Mədəniyyətin Müdafiəsi Beynəlxalq Liqası” adlı ictimai təşkilatın bu tarixin Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış etdiyini bildirdi. O, həmin tarixdən 15 aprelin bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda da müxtəlif tədbirlərlə qeyd olunduğunu söylədi.Daha sonra çıxış edən şöbənin işçisi Şəfəq Əliyeva ölkəmizin də qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanındığını və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.