Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa - Qarabağın göz bəbəyi”.

11.03.2022

Martın 11-də Masallı rayon Mərkəzi Kitabxanasında “Şuşa İli” münasibətilə “Şuşa – Qarabağın göz bəbəyi” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən Kitabxananın əməkdaşı Rasif Dadaşov Şuşa şəhərinin salınması tarixi və mədəniyyəti haqqında tədbir iştirakçılarına ilkin məlumatlar verib. 

Sonra məruzə ilə çıxış edən Kitabxananın digər əməkdaşı Gülər Piriyeva, Şuşa şəhərinin əsasının 18-ci əsrin ortalarında qoyulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalardan heç biri xanlığı fasiləsiz müharibələrdən qoruya bilmir. Qarabağ tarixini araşdıran Azərbaycan tarixçiləri yazırlar ki, üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verdiyindən, Pənahəli xan şəhəri elə burada salır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa çağırılıb. "Qarabağın baş tacı" adlanan Şuşa şəhəri Azərbaycan mədəniyyətinə Üzeyir Hacıbəyov, Bülbül, Xan Şuşinski, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlu kimi məşhur ziyalıları, sənətçilər bəxş edib. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşa şəhəri "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb. Şəhərdə sovet dövründə tar, kamança, ud, nağara və digər milli musiqi alətləri istehsal edən yeganə fabrik fəaliyyət göstərib.