Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Almas İldırımın 115 illiyi ilə əlaqədar sərgi təşkil olunub.

11.03.2022

Martın 11-də Yardımlı rayon Mərkəzi Kitabxanasında Almas İldırımın 115 illiyi ilə əlaqədar sərgi təşkil edilib. 

Kitabxananın şöbə müdiri Vasif Abdulov Almas İldırımın həyat və yaradıcılığı haqqında oxuculara geniş məlumat verib. V. Abdulov Almas İldırımın Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu, ədəbiyyat tariximizdə özünəməxsus yeri ilə seçildiyini, vətən ruhlu şeirlərinə görə təqib edildiyini, sürgün və işgəncələrlə dolu ömür keçirdiyini qeyd edib. O, həmçinin bildirib ki, bütövlükdə Almas İldırım poeziyası Azərbaycana qarşı yeridilən haqsız siyasətə, düşmənçiliyə qarşı şairin haqq səsi, hayqırışıdır.

Sonda "Almas İldırım - 115!" başlıqlı sərgiyə baxış keçirilib.