Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda qarşıdan gələn Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub

10.03.2022

Mart ayının 3-dən 10-dək olan tarixlərdə Cəlilabad rayon Gülməmmədli, Seyidbazar, Şabanlı kənd Mədəniyyət Evlərinin, Hamarqışlaq və Bayxanlı kənd klublarının kollektivləri qarşıdan gələn Novruz bayramı münasibətilə ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə yüksəlmiş Mürtəza Elman oğlu Qasımov, Tacir İntiqam oğlu Eminov, Salman Daxıl oğlu Abbasov, Cavid Habil oğlu Hüseynov və Rəvan İntiqam oğlu Məmmədovun ailələrini bayram sovqatı ilə ziyarət ediblər.

Ailələrin qayğıları ilə maraqlanan kollektiv, onlara hər zaman maddi-mənəvi dəstək olmağa hazır olduqlarını bildirərək, ailələri qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər. Qonaqları minnətdarlıq hissi ilə qarşılayan ailələr, mədəniyyət işçiləri tərəfindən hər zaman xatırlandıqlarını bildirib, onlara təşəkkür ediblər.