Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Teatr tariximiz” - Sabirabad kənd klubunda tədbir.

10.03.2022

Martın 10-da Sabirabad kənd klubunda 10 mart  Azərbaycanda milli teatrın yaradılma gününə həsr olunmuş "Teatr tariximiz" adlı
tədbir təşkil olunub. Tədbirdə klubun əməkdaşları, adıçəkilən kəndin kitabxana işçiləri və kənd 1 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Tədbirdə Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova bildirib: "XlX əsrin 70-ci illərində Azərbaycan milli teatrının yaranması mədəniyyətimizin tarixində mühüm rol oynamışdır. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarlarının truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun böyük əməyi olmuşdur. Bu tamaşa ilə Azərbaycan milli teatrının əsası qoyulmuşdur".

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.