Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub.

10.03.2022

Martın 7-dən 10-dək olan tarixlərdə Cəlilabad rayon Mərkəzi Kitabxanası və kənd kitabxana filiallarının əməkdaşları tərəfindən Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilib, onlara bayram sovqatları paylanılıb.

Cəlilabad rayon Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən şəhid Rəfael Əhmədağa oğlu İşiyev, Füzuli Nizami oğlu Həbibi və Hüseyn Həsənxan oğlu Qasımovun ailələri ziyarət edilib. 

Söhbət zamanı valideynlər övladlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işləri dövlətin şəhidlərə olan ehtiramı, onların ailələrinə göstərilən diqqət və qayğının əyani təzahürü kimi dəyərləndiriblər.

Cəlilabad şəhər 1 və 2 saylı kitabxana filiallarının əməkdaşları Cəlilabad şəhər 1 saylı məktəbinin şagirdləri ilə birgə şəhid Əmrah Namiq oğlu Hüseynli və Əli Mahir oğlu Qənbərovun ailələrini ziyarət edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Seyidbazar kənd kitabxana filialının əməkdaşları isə Sadatlı kəndində şəhid Tacir İntiqam oğlu Eminovun ailəsini bayram sovqatı ilə ziyarət edib.

Komanlı, Hamarqışlaq, Zopun və Astanlı kənd kitabxana filiallarının əməkdaşları şəhid Cavid Habil oğlu Hüseynov, Vüsal Məmmədəli oğlu Əliyev və Xəlil Pənah oğlu Ağayevin ailələrini ziyarət edib, onları bayramlar münasibətilə təbrik ediblər. Söhbətlər əsnasında şəhidlərin döyüş yolundan danışılıb.