13.04.2018
13 aprel 2018 – ci il tarixdə Yardımlı rayon Tarix – Diyarşünaslıq muzeyinin qarşısında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yardımlı rayonu üzrə şöbəsi, Yardımlı rayon Gənclər və İdman İdarəsi və Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəliyinin birgə hazırladığı “Vətənin müdafiəsinə hazıram” başlığı ilə ümumrayon tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbirdə vətənpərvərlik mahnıları ilə bütöv Azərbaycanı qələbəyə ruhlandıran Şəmistan Əlizamanlı iştirak edirdi. Yardımlı rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin üzvü Əhmədova Sevinc Vüqar qızının çıxışı yüksək səviyyədə oldu və tamaşaçılar tərəfindən alqışlandı.
Hərbi xidmətə çağrılmış gənclərə öyüd nəsihət vermək üçün valideyin Gözəlağa Şərbətov çıxış edərək gənclərə uğurlu yol azuladı. Mədəniyyət Mərkəzi və Təhsil şöbəsinin birgə hazırladıqları şeirlər, səhnəciklər və musiqi nömrələri tədbirin maraqlı keçməsinə səbəb oldu. M.F.Axundov adına şəhər 1 saylı orta məktəbin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeir səsləndirildi. Çayüzü kənd orta məktəbinin “Şahinlər” komandasının hərbi yürüşü oldu.
Yekunda həqiqi hərbi xidmətə çağrılmış gənclərimiz musiqi sədaları altında Azərbaycan Respublikasının üçrəngli bayrağını öpərək hərbi xidmətə yola düşdülər.