Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əziz torpaq - Şuşa” adlı dəyirmi masa keçirilib.

10.03.2022

Martın 10-da Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şuşa İli" ilə əlaqədar "Əziz torpaq - Şuşa" adlı tədbir keçirilib.

Tədbirdə Mərkəzin kollektivi, GİKM-in Yardımlı üzrə nümayəndəsi Səfail İbişli və Yardımlı rayon Nisəqala kənd orta məktəbinin şagirdləri iştirak edib.

Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə, qədim torpağımız Şuşanın tarixi, coğrafiyası barədə bir sıra maraqlı faktları qeyd edib. Z. Məmmədzadə həmçinin, Şuşanı "Azərbaycanın gözü" adlandıran ulu öndərin bu şəhərə verdiyi dəyərdən söz açıb. Sonra GİKM-in nümayəndəsi Səfail İbişli mövzu ilə bağlı fikirlərini bildirib və "Şuşa" sənədli filminə baxış keçirilib.

Tədbirin sonunda qonaqlar əməkdaşların müşayiəti ilə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini özündə əks etdirən ekponatlarla və "Şuşa - 270" başlıqlı sərgi ilə tanış olublar.