Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Dünyanın ən böyük səadəti” adlı tədbir keçirilib.

09.03.2022

Martın 9-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Zərifə Əliyeva adına Yardımlı şəhər 1 saylı uşaq bağçasının kollektivinin iştirakı ilə "Dünyanın ən böyük səadəti" adlı tədbir təşkil olunub. 

Müəssisənin ekspozisiya zalında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanışlıq olub, balacalara yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən məlumatlar verilib. Sonra Mərkəzin tədris otağında balaca qonaqlar üçün cizgi filmləri nümayiş etdirilib.