Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Çağırışa hazıram!

12.04.2018

2018-ci il aprelin 12-də Masallınin Bayraq Meydanında gənclərin həqiqi hərbi xidmətə yola salınması ilə bağlı tədbir keçirildi. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov başda olmaqla rəhbərliyin nümayəndələri, məktəb, İdarə, müəssisə və təşkilatların işçiləri, hərbiçilər, çağırışçılar və Masallı sakinlərinin iştirak etdiyi bu tədbirdə SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəyev ilk çıxış edərək yola salınan əsgərlərə uğur diləyərək onlara öz hərbçi tövsiyyələrini çatdırdı.

      Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının Gənclər birliyinin sədri Məmmədhüseyn Hüseynov, çağırışçı, qaydasız döyüş üzrə Respublika çempionu Rüfət Əliyev, Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının sədri Məmmədağa Şiriyev, valideyn Şamil Məmmədov və başqaları  çağırışçılara böyük ruh yüksəkliyi aşılayan nitqləri ilə uğur dilədilər.

     Masallı Dövlət Regional Kollecinin tələbələrinin göstərdiyi “Şəhidlər ölmür” adlı ədəbi-bədii kompozisiyası iştirakçılarda vətənə məhəbbət və əsgərlərdə qürur hissini daha artırdı.

     Tədbir Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin musiqi kollektivlərinin və ifaçıların hazırladıqları maraqlı konsert proqramı ilə davam etdi.

     Çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək yola salındılar.