Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”8 Mart - Beynəlxalq Qadınlar Günüdür” adlı tədbirlər keçirilib.

05.03.2022

Martın 5-də Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Kürəkçi, Bərcan və Alçabulaq kənd kitabxana filiallarında "8 Mart - Beynəlxalq Qadınlar Günü"dür adlı tədbirlər keçirilib. Kitabxana əməkdaşları Şaban Salmanov, Mərdan Kazımlı, Ərəstun İsayev çıxış edərək bütün qadınları bayram münasibətilə təbrik edib, bayramın tarixi, Azərbaycanda qadınlara göstərilən dövlət qayğısı, tarixdə iz qoymuş Azərbaycan qadınları haqqında geniş və maraqlı məlumatlar veriblər. Onlar həmçinin, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan qadınlarının dövlət quruculuğu prosesində fəal iştirak etdiyini ölkənin sosial-iqtisadi, elmi-mədəni inkişafında müstəsna xidmətləri olduğunu qeyd ediblər.