Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Mahmudavar kənd klubunda bayram şənliyi.

08.03.2022

Martın 8-də N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi Mahmudavar kənd klubunda 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruzun xəbərçisi Yel çərşənbəsi münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə mədəniyyət işçiləri, kənd sakinləri və qonaqlar iştirak edib. Novruzu simvolizə edən personajlar - kosa və keçəlin iştirak etdiyi, atributlardan səməni, milli şirniyyat, xalq sənətkarlığı sahələrinə aid nümunələrlə bəzədilmiş mərasim Novruz tonqalının alovlandırılması ilə başlayıb.

Şənlikdə Mahmudavar kənd ərazi nümayəndəsi və ziyalılar çıxışlar edərək, qadınları və yerli sakinləri hər iki əlamətdar gün münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və rifah arzu ediblər.

Təbrik çıxışlarından sonra mərasim konsert proqramı ilə davam etdirilib. 

Proqramda "Halay" folklor Xalq ansamblının solistləri bayram əhvali-ruhiyyəli musiqi nömrələri səsləndiriblər. Həmçinin, kollektiv tərəfindən milli rəqslər ifa olunub. Ansamblı klubun instrumental musiqiçiləri müşayiət ediblər.

Daha sonra məktəblilərin ifasındə baharı tərənnüm edən şeirlər deyilib, kosa və keçəlin iştirakı ilə müxtəlif xalq oyunları və məzəli tamaşalar göstərilib.