Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda növbəti seminar-müşavirə keçirilib.

06.03.2022

Martın 6-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi keçirilib. Müşavirədə Cəlilabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, şəhər və kəndlərdə yerləşən mədəniyyət müəssisələrinin işçiləri iştirak ediblər.

Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Elnur Atakişiyev çıxış edərək öncə qarşıdan gələn bayramlar münasibətilə seminar iştirakçılarını səmimi-qəlbdən təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Sonra E. Atakşiyev mədəniyyət sahəsi ilə bağlı Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış Fərman və Sərəncamlar barədə əməkdaşları məlumatlandırıb, İdarənin tapşırıqlarını işçilərin nəzərinə çatdırıb. O, görülmüş işlər barədə müzakirələr aparıb, işlərin keyfiyyətinin artırılması ilə bağlı tapşırıqlar verib, seminar iştirakçılarının suallarını cavablandırıb.

Daha sonra çıxış edən Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov ötən ay ərzində daha çox çalışan, işlərində müsbətə doğru dönüş yaradan müəssisələrin adlarını çəkərək onları digər müəssisələrə nümunə göstərib. Müəssisələrdə işlərin lazımi səviyyəyə çatdırılmasını tapşıran R. İbrahimov, sonra Tədbirlər Planına müvafiq olaraq ay ərzində görüləcək işlər, o cümlədən növbəti aylarda həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

Sonda iştirakçıların təklif və iradları dinlənilib, mart ayının bayramlarla əlaqədar istirahət günləri açıqlanaraq müşavirəyə yekun vurulub.