Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”8 Mart - Beynəlxalq Qadınlar Günü” adlı tədbir keçirilib.

05.03.2022

Martın 5-də Yardımlı rayon Mərkəzi Kitabxanasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbiri Kitabxananın şöbə müdiri Gündüz Manafov açaraq Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, bu bayramın tarixi haqqında geniş məlumatlar verib.

Sonra digər əməkdaş Mehman Xanızadə çıxış edərək bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlətin əsas siyasi istiqamətlərindən birinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. M. Xanızadə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətində qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsi kimi nüanslardan bəhs edib.

Daha sonra şagirdlərdən Aygün Əsgərova Səməd Vurğunun "Ana", Sevinc Qurbanova Süleyman Rüstəmin "Ana və poçtalyon" şeirlərini səsləndiriblər.

Qonaqlar "8 Mart - Beynəlxalq Qadınlar Günü"dür başlıqlı sərgiyə baxış keçirdikdən sonra tədbir yekunlaşıb.