Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

05.03.2022

Martın 5-də Cəlilabad rayon Göytəpə şəhər kitabxanasında 8 Mart - Beynəlxalq Qadınlar Günü mübasibətilə tədbir keçirilib. Tədbir kitabxananın fəal oxucularının iştirakı ilə baş tutub.

Tədbir iştirakçılarına bu günün yaranma tarixindən bəhs edən kitabxananın müdiri Aygül Cəfərova bildirib ki: "8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib".

Sonra şagirdlərin ifasında qadınlara həsr olunan şeirlər səsləndirilib, tədbirdə iştirak edən qızlara hədiyyələr təqdim edildikdən sonra tədbirə yekun vurulub.