05.03.2022
Martın 5-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın anadır, qadın dünyadır" adlı tədbir keçirilib. Tədbirdə Cəlilabad şəhər 2
saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Muzeyin direktoru vəzifəsini icra edən Çimnaz Qasımova Azərbaycan qadınlarının qəhrəmanlıq və fədakarlıqlarından, onların cəmiyyətimizə verdiyi töhfələrdən danışıb. O, bildirib: "Azərbaycan qadını tarixin bütün mərhələlərində öz üzərinə düşən missiyanı şərəflə yerinə yetirib. Qadınlar bu gün də ölkənin ictimai-siyasi həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir". Yeni nəslin milli ruhda formalaşmasında müstəsna rol oynayır deyə qeyd edən Ç. Qasımova, çıxışının sonunda Azərbaycan qadınlarını səmimi qəlbdəb təbrik edib, onlara hər zaman sevgi, qayğı və diqqətlə əhatə olunmalarını diləyib.
Tədbirin sonunda şagirdlər analara həsr olunan şeirlər səsləndiriblər.