Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Masallı mənzərələri” etüdlərini həyata keçirən rəssam qrupu Masallıda qonaq olub.

05.03.2022

Martın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Milli Məclisin deputatı Məşhur Məmmədovun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində “Masallı mənzərələri” etüdlərinin həyata keçirən rəssam qrupu Masallı Dövlət Rəsm Qalereyasının qonağı olub. Bölgələrin tanıdılması və kənd turizminin inkişafına dəstək məqsədilə təşkil olunmuş layihədə iştirakçılar təyin olunmuş marşruta əsasən Masallı şəhərində Heydər Əliyevin abidəsini, Masallı Regional "ASAN xidmət" mərkəzini, Masallı şəhər Onbirillik İncəsənət Məktəbini və və şəhərin "Qəhrəmanlar Parkı"nı ziyarət ediblər. Masallı icra başçısı Şahin Məmmədovda rəssamlarla görüşmüşdür.

Rəssamlar Masallı Dövlət Rəsm Qalereyasında olarkən müəssisənin direktoru vəzifəsini icra edən Təhmasib Məcidov onları sərgilənən rəsm əsərləri ilə tanış edib. T. Məcidov yerli rəssamların əl işləri haqqında da onlara geniş məlumatlar verib.

Qonaqlar Muzeylə tanışlıq zamanı isə direktor Əntiqə Tağıyeva tərəfindən onlara bölgəmizin tarixi və qəhrəmanları haqqında məlumatlar verib.

Sonra layihə rəhbəri Elnurə İsgəndərova və etüd rəhbəri Aygün İşgəndərovanın başçılığı ilə rəssamlar təbiət qoynunda etüdlər ediblər. Maraqlı rəsm işləri ilə seçilən rəssamlar diplomlarla mükafatlandırılıb.