Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

05.03.2022

Martın 5-də Masallı şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə rəsmi şəxslər, ziyalılar, müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışan qadın əməkdaşlar və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə ölkəmizdə qadınlara geniş hüquqların tanınmasının keçmişi və tariximizdə izi olan məşhur qadınların fəaliyyətindən bəhs olunub. Həmçinin, müasir dövrdə dünyada, eləcə də ölkəmizdə qadınların mühüm ictimai rolundan geniş söhbət açılıb.

Sonra incəsənət ustalarının iştirakı ilə tədbir bədii hissə ilə davam etdirilib.

N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Aysel Nərimanova, Atamoğlan Zahid və Ruslan Zahidov zövqlü musiqilər ifa ediblər.

Tədbirin sonunda rayonda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən qadınlara "Fəxri Fərman" və hədiyyələr təqdim edilib.