Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda növbəti seminar-müşavirə keçirilib.

04.03.2022

Martın 4-də Yardımlı rayon Mərkəzi Kitabxanasında növbəti seminar-müşavirə keçirilib. Müşavirədə Mərkəzi kitabxana ilə yanaşı, kəndlərdə fəaliyyət göstərən kitabxana filiallarının əməkdaşları da iştirak edib. 

Kitabxananın direktoru Rahim Səfərov çıxış edərək görülmüş işlər, nöqsanlar və qarşıda duran vəzifələr barədə danışıb. R. Səfərov bildirib ki, kitabxanaların bir çoxu tədbirlərin keçirilməsində aktiv olsalar da, bəzi kitabxana filialları kütləvi tədbirlərin keçirilməsində nöqsanlara yol verərək cari ilin ilk iki ayı ərzində tədbirləri lazımi səviyyədə keçirməyiblər. R.Səfərov onlara qısa vaxt ərzində öz işlərində dönüş yaratmaları üçün tövsiyələr verdikdən sonra seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Daha sonra Yardımlı şəhər Kitabxana filialının müdiri Eldəniz Həsənov və Bilnə kənd kitabxana filialının müdiri Elgün Məmmədli Tədbirlər Planına müvafiq olaraq görülən işlər, o cümlədən növbəti aylarda həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.