Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Əziz qadınlar” adlı tədbir keçirilib.

05.03.2022

Martın 5-də Cəlilabad rayon Privolnoye kənd Mədəniyyət Evi və Kitabxana filialı ilə birgə kənd körpələr evi - uşaq bağçasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Əziz qadınlar" adlı tədbir keçirilib. 

İlk öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra uşaq bağçasının müdiri Vüsalə Məmmədova çıxışında bildirib: "8 mart, Qadın hüquqları və Dünya Barışı günü olaraq qəbul edildi. Beynəlxalq Qadınlar Günü, eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür".

Daha sonra kitabxanaçı Şəfəq Məmmədova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları səmimi qəlbdən təbrik edib, onlara həyat və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. 

Sonda fidanların ifasında mahnı, rəqs və səhnəciklərdən ibarət bədii nömrələr nümayiş olunub.