Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dünyanı gözəllik xilas edəcək!” adlı sərgi

05.03.2022

Martın 5-də Cəlilabad rayon Sabirabad kənd klubunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Sabirabad kənd klubunun "Bacarıqlı əllər" dərnək üzvlərinin əl işlərindən ibarət "Dünyanı gözəllik xilas edəcək!" adlı sərgi təşkil olunub. 

Sərgidə dərnək üzvlərinin 50-ə yaxın müxtəlif mövzuda əl işləri nümayiş olunub. İzləyicilər tərəfindən dərnək rəhbəri Kəmalə Bağırova, dərnək üzvləri Vəfa Nuriyeva və Rəhimə Əliyevanın əl işləri maraqla qarşılanıb.

Sərginin 3 gün davam etdirilməsi nəzərdə tutulub.