Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qadın ürəyində dünya birləşir”.

05.03.2022

Martın 5-də Cəlilabad rayon Astanlı kənd Mədəniyyət Evində 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilib. 
Tədbirdə adıçəkilən kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Evinin metodisti Raqil Rəhimov bildirib: "Bu gün dünyanın sevgi ilə qeyd etdiyi 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Cümhuriyyət ilə qazandıqları müasir hüquq və azadlıqlarla birlikdə, həyatın hər sahəsində uğur qazanan qadınlarımızı əlamətdar gün münasibətilə mədədəniyyət kollektivi adından təbrik edirik".

Tədbirin sonunda Astanlı kənd Mədəniyyət Evinin metodisti R. Rəhimov tədbirdə iştirak edən qadınlara hədiyyələr təqdim edib.