Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqın istəyi-xalqın qələbəsi

11.04.2018

Aprelin 11-i axşam saatlarında Azərbaycan Respublikasının Prezident seçkilərinin nəticəsi cənab İlham Əliyevin qələbəsi ilə elan olunduqdan sonra Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının binası qarşısında möhtəşəm bayram konserti təşkil olundu. Rayon rəhbərliyinin və Masallı sakinlərinin iştirakı ilə keçirilən konsert tədbirində YAP Masallı rayon Təşkilatının sədri  Seyfəddin Əliyev çıxışında cənab İlham Əliyevin bu qələbəsini xalqın qələbəsi adlandırdı və bu möhtəşəm uğur münasibəti ilə Masallı ictimaiyyətinin timsalında bütün Azərbaycan xalqını təbrik etdi. Tədbir Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət kollektivlərinin rəngarəng musiqiləri  ilə davam etdi. Sonda atəşfəşanlıq oldu