Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fərman Kərimzadə - 85!

03.03.2022

Martın 3-də Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı Fərman Kərimzadənin anadan olmasının 85 illiyinə həsr olunmuş “Fərman Kərimzadə - 85” adlı tədbir keçirilib.

Tədbirdə Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Fərman Kərimzadənin yaradıcılığında əsas yeri tarixi mövzular tutur. O, Azərbaycan ədəbiyyatında tarixi roman janrında mükəmməl əsərlər yaratmış əsas yazıçılardan biri kimi tanınıb.

Məruzə ilə çıxış edən Kitabxana əməkdaşı Ağahüseyn Hüseyni diqqətə çatdırıb ki, Fərman Kərimzadə 1937-ci il mart ayının 3-də Ermənistanın Vedi rayonun Böyük Vedi kəndində anadan olub. O, 1962-65-ci illərdə İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi kimi fəaliyyət göstərmiş, həmin illərdə “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində işləmişdir. O, “Qarlı aşırım”, “Xudafərin körpüsü” kimi bir-birindən dəyərli tarixi romanları qələmə almışdır. F. Kərimzadənin “Qarlı aşırım” əsəri əsasında “Axrıncı aşırım” bədii filmi çəkilib. Yazıçı bu əsərdə 30-cu illərin ziddiyyətlərini tamamilə yeni ruhda əks etdirib. “Xudafərin körpüsü” əsəri isə xalqımızın tarixinə, 500 il əvvəl yaşamış babalarımıza hörmətin ifadəsidir.