Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Məlumatlanın ki, insan alverinin qurbanına çevrilməyəsiniz” - maarifləndirici tədbir.

02.03.2022

Martın 2-də Cəlilabad rayon Komanlı kənd kitabxana filialında insan alverinə qarşı mübarizəyə dair "Məlumatlanın ki, insan alverinin qurbanına çevrilməyəsiniz" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə kənd sakinləri iştirak ediblər.

Tədbirdə kitabxanaçı Şəbnəm Baxşəliyeva çıxışında bildirib: "İnsan alverinin qarşısını almaq üçün əsas tədbirlər arasında alverə məruz qalmaq təhlükəsi altında olan insanlar arasında məlumatlılığın artırılmasıdır. İnsan alveri qurbanları fiziki və psixoloji dəstək almalı, onların cəmiyyətə yenidən inteqrasiyası təmin olunmalıdır".