Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinə qarşı mübarizə mövzusunda tədbir keçirilib.

02.03.2022

Martın 2-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında insan alverinə qarşı maarifləndirici xarakterli "İnsan alverinə yox deyək!" adlı tədbir keçirilib. Tədbirdə oxucular iştirak ediblər.

Kitabxananın metodisti Əliyar Bağırov çıxışında qeyd edib: "İnsan alveri ilə məşğul olanlar öz niyyətlərinə çatmaq üçün bir çox vasitələrdən istifadə edir, bu vasitələrlə öz qurbanlarını aldatmağa müvəffəq olurlar. İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilir".

Sonra tədbir iştirakçıları insan alverinə həsr olunmuş sərgi ilə tanış oldular.