Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa - Azərbaycan mədəniyyətinin sərvəti” rəsm müsabiqəsi sona çatıb.

03.03.2022

Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Yardımlı şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən "Şuşa - Azərbaycan mədəniyyətinin sərvəti" adlı rəsm müsabiqəsi sona çatıb.

Mədəniyyətimizin paytaxtı Şuşa şəhərinin tarixi-mədəni irsinin təsviri sənət vasitəsilə tərənnümü məqsədilə keçirilən müsabiqəyə məktəblilərin maraqlı əl işləri təqdim olunub. Martın 3-də rəsm müsabiqəsinə yekun vurularaq, qaliblər mükafatlandırılıb.

Əvvəlcə, münsiflər heyəti tərəfindən əl işləri nəzərdən keçirilib, I, II və III yerlərin sahibləri müəyyənləşdirilib və qaliblər təşkilatçılar tərəfindən "Diplom"la təltif olunublar.

Xatırladaq ki, müsabiqə çərçivəsində rəsm işlərinin qəbulu və qiymətləndirilməsi bir ay - cari ilin yanvar ayının 24-dən fevralın 24-dək davam edib.