Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan tarixində Heydər Əliyev imzası” adlı dəyirmi masa keçirilib.

02.03.2022

Martın 2-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin mənalı ömür yolunun təbliği məqsədilə "Azərbaycan tarixində Heydər Əliyev imzası" adlı tədbir təşkil olunub. Tədbir Mərkəzin kollektivinin, rayonun Şəfəqli kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə baş tutub.

Tədbirdə çıxış edənlər - Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə, müəssisənin əməkdaşı Elşən Abışov ümummilli liderin hər bir azərbaycanlı üçün örnək olan ömür yolu haqqında məlumat veriblər. Natiqlər dahi şəxsiyyətin ölkəmizin tarixində silinməz izlər qoyduğunu, xilaskarlıq missiyasını yerinə yetirdiyini, daima xalqının rifahını düşünərək bu istiqamətdə əvəzsiz xidmətlər göstərdiyini qeyd ediblər. Onlar ümummilli liderin bu amallar uğrunda mübarizə apardığına görə xalqımızın qəlbində əbədiyaşarlıq qazandığını vurğulayıblar.

Sonra "Heydər Əliyev və Qarabağ" sənədli filmi nümayiş olunub.

Sonda Mərkəzin ekzpozisiya zalında nümayiş olunan, ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlara baxış keçirilib.