05.04.2018
05.04.2018-ci il tarixdə Cəlilabad rayon Mərkəzi kitabxanada aprel döyüşlərinə həsr olunmuş "Vətən deyən oğullar" adlı anım günü keçirildi. "Aprel döyüşləri bizim tarixi qələbəmizdir" devizi altında keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü,müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi. Cəlilabad rayon Mərkəzi kitabxanada Oxu zalının müdiri Asudə Adışova çıxış edərək aprelin 1-də cəbhə xəttində baş verən toqquşmalarda Ermənistan və Azərbaycan ordusunun itkilərindən danışdı. O, qeyd etdi ki, mənfur düşmənin itkiləri qat-qat çoxdur. Şagirdlər aprel şəhidlərinə həsr olunmuş şeirlər söylədilər, hərbi-vətənpərvərlik ruhunda səhnəciklər göstərdilər. Aprel döyüşlərinə həsr edilmiş slayd nümayiş etdirildi. Sonda Cəlilabad rayon MKS-nin direktor müavini Q. İsrafilova çıxış edərək bildirdi ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini dünyaya nümayiş etdirdi. Bu qısa müharibə sübut etdi ki , biz heç bir zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq və əgər sülh yolu ilə alınmasa müharibə yolu ilə torpaqlarımızı azad edəcəyik.