Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasında yanğın–taktiki məşğələlər.

28.02.2022

Fevralın 25-dən başlayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsi (DYMH) tərəfindən üç gün (25, 26, 28 fevral tarixlərində) ərzində Masallı Tarix- Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının inzibati binasında yanğın təhlükəsinə qarşı taktiki məşğələlər keçirilib.

Təlim zamanı Masallı rayon DYMH əməkdaşları tərəfindən adıçəkilən müəssisələrin işçiləri yanğın və texniki təhlükəsizlik qaydaları ilə tanış edilib, həmçinin yanğının qarşısının alınması və digər qabaqlayıcı tədbirlər barədə ətraflı məlumatlar verilib.

Muzeyin və Qalereyanın rəhbərliyi keçirilən taktiki təlimə və faydalı tövsiyələrə görə Masallı rayon DYMH-nin rəis müavini Nəsimi Əliyevə minnətdarlığlarını bildirdilər.