Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Ruhumuzun ünvanı Şuşa” adlı tədbirlər keçirilib.

27.02.2022

Fevralın 27-də Cəlilabad rayon Mollalı və Ləzran kənd kitabxana filialları Şuşa ili ilə əlaqədar "Ruhumyzun ünvanı Şuşa" adlı tədbirlər keçirilib. Tədbirdə adıçəkilən kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbirdə kitabxanaçılar çıxışlarında bildiriblər: "Şuşa bütün azərbaycanlıların mənəvi həyatının ayrılmaz hissəsidir. Bu qədim şəhər Azərbaycan mədəniyyətinin paytaxtıdır. Şəhərin Azərbaycan adlı salnamədəki yeri çox möhtəşəmdir. Mənəviyyatımızın, mədəniyyətimizin, ədəbiyyatımızın, mərdliyimizin, tariximizin, qurub-yaratmaq əzmimizin bütün məziyyətləri bu salnamənin Şuşa səhifəsində, şah sütunlarda həkk edilib".

Sonra məktəblilər Şuşa şəhəri haqqında söhbətlər aparılıb.