Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil olunub.

26.02.2022

Masallı rayon Mərkəzi Kitabxanasında Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar sərgi təşkil edilib.

Fevralın 26-da kitabxana işçiləri və digər iştirakçılar sərgiyə baxış keçirərək, erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri vəhşilikləri özündə əks etdirən fotoşəkil və məlumatlarla yaxından tanış olublar.

Kitabxananın direktoru Əlhəddin Nəzərov bu səpkili sərgilərin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan yeniyetmə və gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq yolunda önəmli rola malik olduğunu bildirib. O, tədbir iştirakçılarına, gələcək nəsillərə Azərbaycanın qəhrəmanlıqla dolu şanlı tarixi günlərini, qan yaddaşımıza yazılmış faciələrini unutmamağı, hər zaman xatırlamağı tövsiyə edib. Azərbaycan xalqının yaddaşına, tarixinə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, qanlı hadisə və faciələrin də yazıldığını vurğulayıb.