Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Xocalı sakinləri ilə görüşüblər.

25.02.2022

Fevralın 25-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Xocalı faciəsinin otuzuncu ildönümü ilə bağlı Xocalıdan olan ailə ilə görüşüblər. Ərkivan qəsəbəsində məskunlaşmış Xocalı sakinləri ilə görüş zamanı Muzeyin direktoru Əntiqə Tağıyeva deyib ki, faciə təkcə Xocalı sakinlərinin deyil, hər bir azərbaycanlının qəm yaddaşına çevrilib. O, əlavə edib: "İllər ötsə də, biz Xocalıda günahsız yerə öldürülənləri unutmamalı, həmin günlərin dəhşətini yaşayıb, sağ qalanların isə dərdinə, acısına şərik olmalıyıq. Bu gün artıq torpaqlarımız otuzillik işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyünü bərpa olundu, Xocalının qisası alındı".

Görüş ərzində Xocalı sakinləri olan Quliyevlər ailəsi faciə zamanı çəkdikləri iztirab və əzablı günlərdən, başlarına gətirilən kədəli hadisələrdən danışıblar. Ailənin iki oğlu Zaur və Vüsal otuz il bundan öncə ana yurdundan didərgin düşən zaman yaşadıqları çətin və ağır günlərdən söhbət açıblar. Xocalı sakinləri bu illər ərzində onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə ediblər. Ailə həmçinin, ziyarətə görə Muzey əməkdaşlarına təşəkkür ediblər.