Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa Qarabağın döyünən ürəyidir” adlı rəsm müsabiqəsinə yekun vurulub.

24.02.2022

Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı, rayonun ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə keçirilən rəsm müsabiqəsinə yekun vurulub.

Fevralın 24-də isə "Şuşa Qarabağın döyünən ürəyidir" adlı müsabiqənin qaliblərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. Mərasimdə müsabiqə təşkilatçıları ilə yanaşı, münsiflər heyəti və gənc mükafatçılar iştirak ediblər.

Qiymətləndirmə münsiflər heyəti tərəfindən aparılıb. Müsabiqədə I, II, və III yerləri qazanmağa nail olan və fəal iştirak edən gənclər təşkilatçılar tərəfindən "Fəxri Fərman"la təltif olunublar.

Xatırladaq ki, rəsm müsabiqəsinə yanvar ayının 24-də start verilmişdi.