Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımının beynəlxalq hüquqi təhlili” mövzusunda tədbir.

25.02.2022

Fevralın 25-də Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzi və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar “Xocalı soyqırımının beynəlxalq hüquqi təhlili” mövzusunda tədbir keçirib. Tədbirdə İncəsənət Məktəbinin müəllim və şagirdləri iştirak edib.

Tədbir iştirakçıları ilk olaraq, İncəsənət Məktəbində təşkil edilmiş “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsm sərgisinə baxış keçiriblər.

Daha sonra Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı şəhər Onbirillik İncəsənət Məkətəbinin direktoru Fərhad Qurbanov XX əsrin dəhşətli faciələrindən olan Xocalı soyqırımı barədə məlumat verib. Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov “Xocalı soyqırımının beynəlxalq hüquqi təhlili” mövzusunda məruzə edib. Qeyd olunub ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan digər hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi. Nəticədə, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Bununla da, ölkəmiz böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Təbdirin sonunda iştirakçılar Xocalı hadisələrinə həsr olun videoçarxı izləyiblər.