Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Şəhid şəhəri - Xocalı” adlı tədbir.

25.02.2022

Fevralın 25-də Cəlilabad rayon Privolnoye kənd Kitabxana filialı və kənd Mədəniyyət Evinin əməkdaşları Xocalı faciəsinə həsr olunmuş "Şəhid şəhəri - Xocalı" adlı tədbir keçirilib.

Tədbirdə məktəblilər iştirak ediblər.

Əvvəlcə, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlil sükutla yad edilib.

Sonra kitabxanaçı Şəfəq Məmmədova çıxışında bildirib ki, tarixə "Xocalı faciəsi" kimi düşən bu hadisə 1992-ci il fevralın 26-da Qarabağın ən mühüm şəhərlərindən birində - Xocalıda baş vermişdir. Xocalı şəhəri böyük hərbi əhəmiyyətə malik idi. Qarabağda yeganə hava limanı burada yerləşirdi. Ermənilər də məhz bu strateji əhəmiyyətli şəhəri məhv etmək niyyətində idilər. Xocalıya hücum edərək soyqırım törətdilər. Bu, yalnız bir rayona edilən hücum deyildi, bu, bütün insanlığa qarşı yönəlmiş bir vəhşilik idi. Azərbaycan xalqı erməni quldurlarının dinc əhaliyə qarşı törətdiyi Xocalı faciəsini heç vaxt unutmayacaq!

Daha sonra mədəniyyət işçisi Təranə Musayeva çıxışında qeyd edib: "Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alındı. Şəhər mütəmadi olaraq erməni təcavüzkarlarının hücumlarına məruz qalırdı. Fevralın 25-dən Xocalıya hücuma hazırlıq başlandı. Şəhərə üç istiqamətdən hücum olunduğunu görən əhali öz yurdlarını tərk etməyə məcbur oldu. Lakin onlar erməni qatillərinin məkrli hiyləsinin qurbanı oldular. Erməni dəstələri onların qarşısını alaraq heç kimə acımadan gülləboran etdilər".

Sonda məktəblilər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.