23.02.2022
Fevralın 23-də Cəlilabad rayon Moranlı kənd klubunda Xocalı faciəsi ilə əlaqədar tədbir təşkil olunub. Tədbir klubun əməkdaşları və adıçəkilən kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə baş tutub.
Tədbirdə Xocalı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edərək şəhid olmuş igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə çıxış edən klubun müdiri Sakit İsayev faciə barədə ətraflı məlumat verərək qeyd edib: "Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirilib".
Daha sonra digər iştirakçıların çıxışları dinlənilib, məktəblilərin ifasında şeirlər səsləndirilib.