Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı dəyirmi masa keçirildi.

24.02.2022

Fevralın 24-də Cəlilabad rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümü ilə bağlı dəyirmi masa və sərgi təşkil olunub.

Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin metodisti Hüseyn İsmayılov əvvəlcə qonaqlardan Xocalı faciəsinin günahsız qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Sonra o, hadisələrin mahiyyəti ilə bağlı iştirakçıları məlumatlandıraraq, Xocalı soyqırımının xalqımıza qarşı törədilmiş ən böyük cinayət olduğunu bildirib.

Sonrakı çıxışlarda qeyd olunub ki, ağır faciə xalqımızın əzmini qıra bilmədi, zaman keçdi, ölkə başçısı İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti, Müzəffər Ordumuzun qələbələri sayəsində Qarabağ işğalçı ermənilərdən azad olundu, bununla da Xocalı faciəsi qurbanlarının və bütövlükdə Azərbaycan şəhidlərinin qisası alındı.

Yekunda dəyirmi masa iştirakçıları Xocalı soyqırımına həsr olunmuş həvəskar rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.