Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bir gecədə məhv olan şəhər!”.

25.02.2022

Fevralın 25-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin otuzuncu ildönümü ilə bağlı keçirilən tədbirlərin yekunu olaraq, "Bir gecədə məhv olan şəhər" adlı mühazirə oxunub. Tədbirdə Mərkəzin kollektivi, rayonun Arus kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

İlk öncə, faciə zamanı həlak olanların ruhu dərin ehtiramla yad edilib.

Tədbir iştirakçılarını salamlayaraq çıxışına başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə qədim Xocalı şəhərinin işğal tarixi və faciənin baş verdiyi zaman xalqımıza qarşı törədilmiş amansız cinayət aktları haqqında məlumat verib.

Sonra Mərkəzin əməkdaşı Elşən Abışov "Bir gecədə məhv olan şəhər!" adlı mühazirəni tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda Xocalı şəhəri uğrunda döyüşmüş Milli Qəhrəmanların həyat yolunu əks etdirən sərginin önündə anım mərasimi təşkil edilərək tədbirə yekun vurulub.