Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Tarixin qan yaddaşı” adlı tədbir keçirilib.

24.02.2022

Fevralın 24-də Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş növbəti - "Tarixin qan yaddaşı" adlı tədbir keçirilib. Tədbirdə Cəlilabad şəhər 2 saylı tam orta məktəbinin şagirdləri, tələbələr və Cəlilabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

İlk öncə, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mədəniyyət işçisi Elnur Atakişiyev çıxışında qeyd edib: "Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuşdur. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər vəhşicəsinə yerlə-yeksan edilib".

Daha sonra tələbələr Xocalı faciəsinə həsr olunmuş şeir kompozisiyası təqdim ediblər. Çıxış edən Kitabxananın əməkdaşları Əyar Bağırov, Nadir Şəmili və Müşahidə Nərimanova Xocalı faciəsi haqqında fikirlərini bildiriblər.

Sonda Xocalı faciəsinə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.