Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayonunda “Xocalı - tariximizin qanlı səhifəsi“ adlı tədbir keçirilib.

24.02.2022

Fevralın 24-də Yardımlı Tarix-Diyarşünaslıq Muzeyi və Yardımlı rayon Peşə Məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı - tariximizin qanlı səhifəsi“ adlı tədbir keçirilib.

Əvvəlcə, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əli İsgəndərov mövzu ilə bağlı iştirakçılara ətraflı məlumat verib. O, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə müasir tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin baş verdiyini və bu hadisənin ictimai şüur və yaddaşlara əbədi həkk olunduğunu qeyd edib.

Sonra Peşə Məktəbinin direktoru Qabil Ağayev çıxış edərək Xocalı faicəsi ilə bağlı tarixi faktları iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin tədbirin təşkilinə görə Muzeyin rəhbərliyi və əməkdaşlarına minnətdarlığını bildirib.

Daha sonra Muzeyin əməkdaşlarından Anar Baloğlanlı və Əlisəfa Əhmədov isə Xocalı faciəsi ilə bağlı bir sıra statistik məlumatlar və qətliam qurbanlarının faciəli taleyindən söz açıblar.