Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Heydər Əliyev Mərkəzində ”Dolu” filminin nümayişi baş tutub.

24.02.2022

Fevralın 24-fə Masallı rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər üçün “Dolu” filmi nümayiş edilib.

Tanınmış ədib və ictimai-siyasi xadim Aqil Abbasın eyniadlı romanı əsasında lentə alınmış, rejissoru Elxan Cəfərov olan “Dolu” filmi Azərbaycan xalqının düşmənlə apardığı haqq mübarizəsi, eləcə də münaqişə zamanı baş vermiş digər gerçək hadisələrdən bəhs edir.