Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilib.

23.02.2022

Fevralın 23-də Cəlilabad rayon Fətullaqışlaq, Çinar, Ləkin, Komanlı və Babalı kənd kitabxana filiallarının əməkdaşları Xocalı soyqırımı ilə əlaqədar "Xocalı qan yaddaşımız" adlı tədbirlər keçiriblər.

Tədbirdə kənd məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə kitabxana filialının əməkdaşları çıxışlarında qeyd ediblər: "1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə qədər şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir".

Sonra məktəblilər Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxış keçirib, şeirlər səsləndiriblər.